Bakı. Trend:
Tayvan silahlı qüvvələri beş Çin təyyarəsi və beş Çin gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
Trend Tayvan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu hadisə yerli vaxtla səhər saat 6-dan sonra baş verib. Məlumatda bildirilir ki, beş Çin Xalq Azadlıq Ordusunun (PLA) təyyarəsi Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub və median xətti keçib. Eyni zamanda, beş Çin Hərbi Dəniz Qüvvələrinin gəmisi də Tayvan ətrafında aşkar edilib.
Tayvan Müdafiə Nazirliyi vəziyyətə nəzarət etdiklərini və müvafiq reaksiya verdiklərini bildirib.