Bakı. Trend:
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Rusiyaya işgüzar səfəri başa çatıb. Dekabrın 26-da Sankt-Peterburq şəhərində keçirilən tədbirlər çərçivəsində səfər başa çatıb.
Trend xəbər verir ki, Prezident Mirziyoyevə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər yola salıblar.
İşgüzar səfərini tamamlayan dövlət başçısı Pulkovo Beynəlxalq Hava Limanından Daşkəndə uçub.