Bakı. Trend:
La Liqanın rəhbəri Xavyer Tebas İspaniya Krallığı Futbol Federasiyasında (RFEF) vitse-prezident vəzifəsini tutacaq.
Trend xəbər verir ki, RFEF-in Direktorlar Şurası ilk dəfə olaraq gender bərabərliyini təmin edərək, 50 faiz kişilər və 50 faiz qadınlardan ibarət olacaq.
Qeyd edək ki, Xavyer Tebas 2013-cü ildən bəri La Liqanın prezidenti vəzifəsində çalışır.