Bakı. Trend:
İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonundan əmanətlərin cəlb olunmasına başlanılıb.
Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.
Qeyd olunub ki, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan 392 min manat vəsait cəlb olunub. Bu göstərici üzrə orta faiz dərəcəsi isə 1,81%-ə bərabər olub.
Sözügedən regiondan cəlb olunmuş əmanətlərin 388 min manatı milli valyutada, 4 min manatı isə sərbəst dönərli valyutada (SDV) olub.
Qeyd edək ki, cari ilin dekabrın 1-də Azərbaycanda ümumi regionlar üzrə cəlb olunmuş əmanətlər 14,2 milyard manat təşkil edib.