...

Kolumbiyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 26 Dekabr 2024 09:41 (UTC +04:00)
Kolumbiyada güclü zəlzələ olub
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat verib.

Zəlzələnin episentri Kaukasiya şəhərindən 76 km cənubda və 70 km dərinlikdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ "güclü" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5 bal olaraq qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti