...

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 26 Dekabr 2024 19:25 (UTC +04:00)
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir.

Trend xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Polşa Respublikasının Prezidenti Andjey Duda, Maldiv Prezidenti Məhəmməd Muizzu, Nepal Prezidenti Ramçandra Paudel, Fələstin Prezidenti Mahmud Abbas, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Slovakiya Prezidenti Peter Pelleqrini, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah, Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah, BMT-nin baş katibi Antonio Quttereş, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, NATO-nun sözçüsü Fərəh Daxlallah, Avropa Şurasının baş katibi Alən Berse, eyni zamanda, İranın, Pakistanın, Özbəkistanın, Tacikistanın, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərinin sədrləri, Monteneqro parlamentinin sədri Andriya Mandiç, İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əhməd Safadi, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, MDB Parlament Assambleyası Şurasının katibliyi, Müsəlman Ağsaqqalları Şurası, həmçinin bir sıra ölkələrin XİN-lərinin, Azərbaycandakı səfirliklərinin rəsmiləri, müxtəlif beynəlxalq təşkilatların yüksək rütbəli nümayəndələri və digərləri rəsmiləri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti