...

Bakı aeroportunda Aktaudakı təyyarə qəzası ilə bağlı xatirə stendi quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2024 13:02 (UTC +04:00)
Bakı aeroportunda Aktaudakı təyyarə qəzası ilə bağlı xatirə stendi quraşdırılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda xatirə stendi quraşdırılıb.

Trend xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

""Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində itirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütöv bir cəmiyyətin ürəyində yara açdı. Bu itki bizi daha həssas və bir-birimizə bağlı olmağa səsləyir.

Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənub girişində, quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır. Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəki duaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər.

Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhları şad, xatirələri əbədi olsun", - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti