...

Təyyarə qəzası qurbanları Naxçıvanda bir dəqiqəlik sükutla anıldı (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2024 12:42 (UTC +04:00)
Təyyarə qəzası qurbanları Naxçıvanda bir dəqiqəlik sükutla anıldı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Naxçıvan. Trend:

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisinə görə Azərbaycanda matəm günüdür.

Trend xəbər verir ki, təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvan Muxtar Respublikasında saat 12:00-da bir dəqiqəlik sükutla anılıb.

Ölkənin bütün ərazisində olduğu kimi, Naxçıvanda da nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti