...

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

İqtisadiyyat Materials 26 Dekabr 2024 21:00 (UTC +04:00)
Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 79,3 milyon manat sığorta haqqı toplanıb.

Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 7% çoxdur.

Məlumata görə, sözügedən dövr ərzində ölkədə qeyri-həyat sığortası növlərinin hesabına isə 230,3 milyon manat sığorta haqqı toplanılıb ki, bu da bir il əvvələ nisbətən 8,8 milyon manat və ya 4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 21,8% artaraq 4,2 milyon manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 27,3% artaraq 121,7 milyon manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti