Xocalı. Trend:
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisinə görə Azərbaycanda matəm günüdür.
Trend xəbər verir ki, təyyarə qəzasında həlak olanların xatirəsi işğaldan azad edilən Xocalı rayonunda saat 12:00-da bir dəqiqəlik sükutla anılıb.
Ölkənin bütün ərazisində olduğu kimi, işğaldan azad olunmuş bütün torpaqlarımızda, eləcə də, Xocalıda nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.