Bakı. Trend:
ABŞ-da generativ süni intellekt əsasında fəaliyyət göstərən ChatGPT chatbot-u ilə bağlı problemlər yaşanır.
Trend-in verdiyi məlumata görə, bu barədə Downdetector portalında məlumat yerləşdirilib.
Son 24 saat ərzində 15 mindən çox istifadəçi sistemdəki səhvlərlə bağlı şikayət edib. İstifadəçilərin əksəriyyəti (91%) xidmətin özündə, 7%-i isə veb-versiyaya girişdə problemlərdən bəhs edirlər.
Eyni zamanda, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada və Polşada da kəsintilər müşahidə olunub.