...

Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 Dekabr 2024 04:19 (UTC +04:00)
Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Honsü adasının yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri əhalisi təxminən 428 min nəfər olan Yokosuka şəhərindən 571 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Eyni zamanda, sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti