Bakı. Trend:
Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Vircil van Deyk, gələcəyi ilə bağlı açıqlama verib. 33 yaşlı mərkəz müdafiəçisi klub və azarkeşləri ilə münasibətindən məmnun olduğunu bildirərək, gələcək planları haqqında konkret bir şey deməyib.
Trend xəbər verir ki, Niderland millisinin üzvü, "Klubu və azarkeşləri çox sevirəm. Bilirəm ki, onlar da məni sevir. Hələ 304 il ən üst səviyyədə oynaya biləcəyimi düşünürəm. Gələcəkdə nələrin olacağını görəcəyik," – deyə vurğulayıb.
Virgil van Deyk 2018-ci ilin yanvar ayında "Sauthempton"dan "Liverpul"a transfer olunub. Bu mövsüm, Mersisayd təmsilçisinin heyətində 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.