Bakı. Trend:
Dünyanın keçmiş 1 nömrəli tennisçisi Simona Halep Australian Open-2025-də çıxış etməyəcəyini açıqlayıb.
Trend xəbər verir ki, Halep bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb.
Təcrübəli tennisçi Abu-Dabidəki nümunəvi turnirdən sonra köhnə
zədələrin yenidən narahatlıq yaratdığını bildirib:
"Təəssüf ki, Abu-Dabidəki çıxışdan sonra dizim və çiynimdə ağrılar
hiss etdim. Komandamla müzakirələrdən sonra növbəti mövsümün
startını buraxmaq qərarına gəldik. Bu qərarı vermək istəməzdim.
Australian Open və Oklend turnirlərinin təşkilatçılarına güzəştli
karta görə təşəkkür edirəm. Ümid edirəm ki, Kaluj-Napolidə doğma
rumın azarkeşlərim qarşısında çıxış edə biləcəyəm."
Qeyd edək ki, Halep "Böyük Dəbilqə" turnirlərinin ikiqat qalibidir. Onun Australian Opendəki ən böyük uğuru 2018-ci ildə final mərhələsinə yüksəlmək olub.