Bakı. Trend:
Çin, ABŞ-ın Yaponiyada Kosmik Qüvvələr bölməsini yerləşdirməsi ilə əlaqədar olaraq, Vaşinqtonu kosmosda silahlanma yarışına başlamaqda günahlandırıb.
Trend xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqananın bəyanatına istinadən "South China Morning Post" məlumat yayıb.
Çin rəsmisinin sözlərinə görə, Vaşinqton kosmosdakı hərbi imkanlarını genişləndirmək və kosmik hərbi ittifaqları gücləndirmək siyasətini davam etdirir ki, bu da Pekinin fikrincə, qlobal strateji sabitliyə ciddi təhlükə yaradır.
Pekin kosmosun militarizasiyasına qarşı olduğunu və yalnız dinc fəaliyyətləri dəstəklədiyini bəyan edərək ABŞ-ı “kosmosda təhlükəli hərəkətlərini nəzərdən keçirməyə, kosmik qarşıdurmanı təhrik etməyi və dezinformasiyalar yaymağı dayandırmağa” çağırıb.