Bakı. Trend:
Pakistan ordusu ölkənin şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 13 yaraqlını zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə İslam Respublikası silahlı qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr (ISPR) orqanı açıqlama verib. Məlumata görə, 2024-cü ilin dekabrın 26-na keçən gecə Pakistan ordusu Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində ekstremistlərin mövcudluğunu aradan qaldırmaq məqsədilə bir sıra əməliyyatlar həyata keçirib.
Əməliyyatların əsas hədəfi hüquq-mühafizə orqanları tərəfindən qadağan olunmuş "Fitnə əl-Xəvaric" qrupunun yaraqlıları olub. Qarşıdurmalar zamanı 13 terrorçu öldürülüb, 16 yaralanıb. Eyni zamanda ISPR, əməliyyatlar zamanı bir əsgərin də həlak olduğunu bildirib.