Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İsrailin hava hücumu zamanı Yəmənin paytaxtı Səna hava limanında olduğu bildirilib.
Trend-in "Al Mayadeen" telekanalına istinadən verdiyi məlumata görə, ÜST direktorunu hava limanında adı açıqlanmayan BMT-nin rezident əlaqələndiricisi müşayiət edib. Eyni zamanda, BMT nümayəndə heyətinin Sənaya çatdığı təyyarənin ikinci pilotunun yaralandığı iddia olunub.
Qeyd edək ki, Yəmənin Səna beynəlxalq hava limanı İsrailin hava hücumlarına hədəf olub. Həmçinin, Yəmən paytaxtının şimalında yerləşən Əd-Deyləmi aviabaseyi və onun ətraf bölgələrinə də zərbələr endirilib.