...

Təyyarə qəzasında yaralananların vəziyyəti dəyərləndirilir - TƏBİB sədri

Cəmiyyət Materials 26 Dekabr 2024 21:05 (UTC +04:00)
Təyyarə qəzasında yaralananların vəziyyəti dəyərləndirilir - TƏBİB sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Təyyarə qəzasında yaralanan vətəndaşlarımızın Aktau şəhərindən təxliyəsinə başlanılıb.

Bu barədə Trend-ə və yerli telekanallara bu gün "Yeni Klinika"da olarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, yaralıların artıq "Yeni Klinika"da qəbulu həyata keçirilir.

“Bir qism yaralılar artıq klinikaya qəbul olunub. Yaralıların vəziyyəti dəyərləndirilir. Onların əlavə müayinələrə ehtiyacları təmin olunub. Onlar artıq stasionar müalicə üçün şöbələrə qaldırılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün müayinələr və müalicələr hazırda tibb müəsissəmizdə həyata keçirilir. Məqsədimiz qəzada xəsarət alanların tezliklə sağlamlığına qovuşmasıdır”, - sədr qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti