...

Denis Beçiroviç Prezident İlham Əliyevə başsağlığı verdi

Siyasət Materials 26 Dekabr 2024 14:13 (UTC +04:00)
Denis Beçiroviç Prezident İlham Əliyevə başsağlığı verdi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Xəbər lenti

Xəbər lenti