...

Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

Siyasət Materials 26 Dekabr 2024 14:12 (UTC +04:00)
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakış Trend:

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.

Xəbər lenti

Xəbər lenti