Bakı. Trend:
Monteneqro Parlamentinin sədri Andriya Mandiç "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məktubda deyilir: "Dünən baş verən və onlarla insanın həyatına son qoyan faciəvi təyyarə qəzası xəbərini dərin hüznlə aldıq. Bu çətin anlarda Monteneqro parlamenti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
Bu böyük faciədən heyrətə gəldiyini deyən parlamentin sədri faciə zamanı xəsarət alanlara tezliklə şəfa diləyib.