Bakı. Trend:
Türkiyə Mərkəzi Bankı dekabrın 26-da uçot dərəcəsini 2,5 faiz bəndi azaldaraq 50 faizdən 47,5 faizə endirib.
Trend bu barədə Türkiyə Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, ilkin məlumatlar dekabrda inflyasiya ilə bağlı əsas tendensiyanın azalmasına işarə edir. Son rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiyanın azalmasına dəstək verən səviyyədə olduğunu göstərir. Bununla belə risk faktorları qalmaqdadır.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı son 8 iclasında uçot dərəcəsini 50 faiz səviyyəsində saxlayıb.