Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 878,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 338,8 milyon ABŞ dolları və ya 62,8% çoxdur.
Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,04%-i həcmində olub.
11 ayda Azərbaycan Xorvatiyaya 873,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 338,4 milyon ABŞ dolları və ya 63,2% çoxdur. Dövr ərzində Xorvatiya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 3,59%-ni təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Xorvatiyadan məhsul idxalını illik müqayisədə 338,7 min ABŞ dolları və ya 7,6% artıraraq, 4,8 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Xorvatiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,03%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.
Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.
Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.