...

Banqladeşin Baş müşaviri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 26 Dekabr 2024 18:53 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni və Banqladeş xalqını çox sarsıtdı.

Təyyarə qəzası nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Mən həlak olanların ruhuna dualar edir və ailələrinə dərin hüznlə başsağlığı verirəm. Həmçinin xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli vaxtda biz Azərbaycan Respublikası ilə həmrəyik və dualarımız xalqınızladır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti