Bakı. Trend:
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.
Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".