Bakı. Trend:
Yanvarın 17-də Moskvada Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı bildirilir.
Trend-in verdiyi məlumata görə, bu haqda İranın Rusiyadakı səfirliyi məlumat yayıb.
Səfir Kazım Cəlali, İran Prezidenti Məsud Pezeşkianın Moskva səfəri zamanı iki ölkənin əməkdaşlıq sazişini imzalayacağını qeyd edib. Sazişi Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin imzalayacaq.