...

Malidə Fransa müstəmləkəçiliyinin izləri silinir

Dünya xəbərləri Materials 26 Dekabr 2024 06:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niger və Burkina-Fasonun ardınca Malidə də Fransa müstəmləkəçiliyi dövrünə aid toponimlər dəyişdirilir.

Trend-in məlumatına görə, artıq bu məqsədlə dövlət başçısının 18 dekabr tarixli sərəncamının icrasına başlanılıb. Baş nazir general Abdulaye Mayqa bildirib ki, müstəmləkə dövrünün qalıqlarından qurtulmaq suverenliyin tərkib hissəsidir.

Paytaxt Bamakoda fransız kolonializmi dövründəki idarəçilərin adları məşhur malili personajların adları ilə əvəzlənib. Artıq 25 küçə, bulvar və meydanın adları dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti