Bakı. Trend:
Mozambikdə yüksək rejimli həbsxanadan kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb. 1534 məhbusun qaçması müxalifətin lideri Venansio Mondleynin çağırışı ilə keçirilən nümayişlər fonunda mümkün olub.
Trend-in məlumatına görə, bu barədə Mozambik polis qüvvələrinin komandanı Bernardinu Rafael bildirib.
"Paytaxt Maputodan 14 km aralıda yerləşən ciddi rejimli həbsxanadan 1534 məhbus, o cümlədən terrorizmdə təqsirli bilinən 29 məhkum qaçıb. Onlardan 150-si yenidən tutulub. Bu, müxalifət lideri Venansio Mondleynin çağırışı ilə keçirilən nümayişlər kontekstində mümkün olub", - deyə qeyd olunub.
Ədliyyə Nazirliyinin daimi katibi Justino Tonela bildirib ki, qaçış 3000 məhbusun yerləşə biləcəyi həbsxanadakı qiyamın nəticəsidir və baş verənlərin dəqiq təfərrüatları hələ də müəyyənləşdirilir.