...

Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı

Telekommunikasiya Materials 25 Dekabr 2024 19:19 (UTC +04:00)
Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.

İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti