Bakı. Trend:
Azərbaycan Respublikasının Baş Prokurorluğu qazaxıstanlı həmkarlarla birlikdə “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasını araşdırır.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının bu gün keçirilən iclasında deyilib:
“Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verildi”.