...

On bir ayda Bakıda ticarət dövriyyəsinin həcmi artıb

İqtisadiyyat Materials 25 Dekabr 2024 14:50 (UTC +04:00)
On bir ayda Bakıda ticarət dövriyyəsinin həcmi artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 31 milyard 599 milyon manat olub.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 milyard 936,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13 milyard 662,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Xəbər lenti

Xəbər lenti