Bakı. Trend:
Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Trend xəbər
verir ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bu gün
Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində
uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqadar
Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini
və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.
Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin
vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar
bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və
yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların
tezliklə şəfa tapmasını diləyiblər.