...

Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq - Türkiyə XİN

Siyasət Materials 25 Dekabr 2024 13:29 (UTC +04:00)
Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq - Türkiyə XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bizi çox kədərləndirdi.

Trend xəbər verir ki,bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Bu faciəvi qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.Bu ağır günlərdə azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq", - deyə bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti