...

Azərbaycanda bu şirkət kapitalını kəskin azaldır

İqtisadiyyat Materials 25 Dekabr 2024 19:48 (UTC +04:00)
Azərbaycanda bu şirkət kapitalını kəskin azaldır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Sun Qaynaq” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldır.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Məlumata görə, MMC nizamnamə kapitalını 4 milyon manatdan 10 min manatadək azaltdığını elan edib.

Bildirilib ki, kreditorlar bir ay ərzində öz tələblərini AZ5000, Sumqayıt şəhəri, «Metal baza»ya gedən avtomobil yolu ilə Bakı-Rostov d/y arasındakı ərazi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Yılmaz Ali Kemaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti