Bakı. Trend:
Bu gün "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi sarsıdıb və dərindən kədərləndirib.
Trend xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema X sosial media hesabında qeyd edib.
"Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk", - deyə səfir əlavə edib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.