Bakı. Trend:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin Qala Konserti keçirilib.
Trend xəbər verir ki, konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin “Piccolo Tutti” orkestri (bədii rəhbər Teymur Göyçayev), “Festival” orkestri (dirijor professor Robert Canetti, İsrail) və konsertmeysterlər - Tomris Hüseynova, Aqşin İsmayılov, İrina Mehdiyevanın müşayiəti ilə solistlər - I yer və Qran-Pri laureatları Kamilla Hüseynli, Ananiya Baladji (Hindistan), Elmira Dadaşova, Yuliya Dubek (Polşa), Amaliya Əliyeva, İvan Abdelmalak (İsrael), Minə Göyçayeva, Sultan Kərimov, Amina Axmedjanova (Qran-Pri, Qazaxıstan) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az