...

Aktauda baş verən təyyarə qəzasında 14 Azərbaycan vətəndaşı sağ qalıb - Qazaxıstanın nəqliyyat naziri

Gündəm Materials 25 Dekabr 2024 21:22 (UTC +04:00)
Aktauda baş verən təyyarə qəzasında 14 Azərbaycan vətəndaşı sağ qalıb - Qazaxıstanın nəqliyyat naziri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb.

Trend Qazaxıatan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bu gün keçirilən brifinqdə deyib.

“Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olun, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olun, onlar həlak olublar”, - deyə nazir bildirib.

O həmçinin hər iki pilotun həlak olduğunu qeyd edib.

“Digər 3 ekipaj üzvü sağ qalıb”, - M.Karabayeb bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti