...

11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib - Tural Əhmədov

Cəmiyyət Materials 25 Dekabr 2024 11:17 (UTC +04:00)
11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib - Tural Əhmədov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, qrafikə uyğun olaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AIA), Bakı Slavyan Universitetində (BSU), institusional akkreditasiya qiymətləndirilməsinin, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı (ADİU Zaqatala filialı) və Bakı Dövlət Universitetinin Qazax filialında (BDU Qazax filialı) isə təkrar institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları baş tutub.

“Sözügedən ATM-lərdən ATMU, BBU, QKU, ADNSU, GDU ilə bağlı Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında ATMU, BBU, QKU, ADNSU 2024/2025-ci tədris ilindən başlayaraq, növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il üçün uzadılması, həmçinin 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub.

2024-cü təqvim ilinin ikinci yarısında isə NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında həyata keçirilən institusional akkreditasiya üzrə Yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması gözlənilir”.

Xəbər lenti

Xəbər lenti