...

MEDİA təyyarə qəzası ilə bağlı çağırış etdi

Cəmiyyət Materials 25 Dekabr 2024 14:00 (UTC +04:00)
MEDİA təyyarə qəzası ilə bağlı çağırış etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır.

Trend xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

"Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti