Bakı. Trend:
Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.