Bakı. Trend:
2018-ci ildən indiyədək zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin həcmi 98,8 milyon manat həcmindədir.
Trend-in məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev fondun media üçün təlimində deyib.
O bildirib ki, verilmiş kreditlərin ümumi həcmi üzrə güzəştli ipoteka kreditlərinin həcmi 32% təşkil edib:
"Verilmiş kreditlərin ümumi həcmində gənclərə, gənc ailələrə verilmiş kreditlərin göstəricisi 70%-ə yaxındır. Hazırda regionlarda verilmiş kreditlər isə 18% həcmindədir.
Fondun ipoteka kreditləri üzrə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, əlçatanlılığının artırılması məqsədilə 2018-ci ildən tətbiq olunan zəmanət mexanizmi nəticəsində artıq 11 region üzrə 1134 vətəndaş zəmanətli ipoteka kreditlərindən faydalanıb.
Zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin həcmi isə 98,8 milyon manat həcmindədir".