...

Azərbaycan üzgüçüləri beynəlxalq yarışdan 22 medalla qayıtdılar (FOTO)

İdman Materials 25 Dekabr 2024 10:05 (UTC +04:00)
Azərbaycan üzgüçüləri beynəlxalq yarışdan 22 medalla qayıtdılar (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan üzgüçüləri 2024-cü ili uğurlu notlarla başa vurublar.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə idmançılarımız 20-22 dekabr tarixlərində Estoniyanın Tartu şəhərində keçirilən Açıq Estoniya Qış çempionatına qatılıblar və çox yüksək nəticələr əldə ediblər.

Bildirilib ki, 15 idmançı ilə beynəlxalq turnirə qatılan millimiz ümumilikdə 22 medal qazanıb.

"Azərbaycanla yanaşı Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük üzrə milli komandasının üzvləri vətənə 7 qızıl, 13 gümüş medal, 2 bürünc medalla dönüblər. Üzgüçülərimizdən Süleyman İsmayılzadə - 3 qızıl, 2 gümüş medal, Oqtay Hüseynov – 2 qızıl, 2 gümüş medal , Ramil Vəlizadə - 1 qızıl, 2 gümüş, 1 bürünc medal, Əbdürrəhman Rüstəmov – 1 qızıl, 1 gümüş medal, Fatimə Alkərəmova – 2 gümüş, 1 bürünc medal, Səid Həmidov – 2 gümüş medal, Rəşad Alquliyev və Məryəm Cavadova hərəsinə 1 gümüş medal qazanıblar. Onu da vurğulayaq ki, idmançımız Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulda 1-ci yerlə yanaşı həm də Estoniya rekordunu yeniləyib",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti