Bakı. Trend:
Cəbrayıl və Qubadlı şəhərlərinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan ərazilərdə modul tipli xəstəxanalar tikiləcək.
Bu barədə Trend-ə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Bildirilib ki, sözügedən xəstəxanaların qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinə başlanılır.
Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqları yekunlaşdırıb.
Qurum xəstəxanaların qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərini “Storm Building” MMC-yə həvalə edib və onunla dəyəri 217,4 min manat olan müqavilə bağlayıb.