...

Serbiya bu ağrılı zamanda Azərbaycanın kədərini bölüşür - Serbiya XİN rəhbəri

Siyasət Materials 25 Dekabr 2024 15:08 (UTC +04:00)
Serbiya bu ağrılı zamanda Azərbaycanın kədərini bölüşür - Serbiya XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində faciəvi insan tələfatı xəbəri məni dərindən sarsıtdı və kədərləndirdi.

Trend xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç “X” hesabındakı paylaşımında bildirib.

"Ən səmimi başsağlığı diləklərimi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova, vəfat edənlərin ailələrinə və Azərbaycan xalqına çatdırıram. Serbiya bu ağrılı zamanda kədərinizi bölüşür", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti