...

Peter Mixalko təyyarə qəzası ilə bağlı başsağlığı verib

Siyasət Materials 25 Dekabr 2024 14:42 (UTC +04:00)
Peter Mixalko təyyarə qəzası ilə bağlı başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AZAL-a məxsus təyyarənin Aktauda təcili enişi zamanı qəzaya uğraması xəbərini dərin hüznlə öyrəndik.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "X" hesabında paylaşım edib.

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tam sağalmasını arzu edirik", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti