...

MİDA mənzillərinin alışına görə indiyədək nə qədər güzəştli ipoteka krediti verilib? - RƏSMİ

Cəmiyyət Materials 25 Dekabr 2024 11:15 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildən etibarən 4802 şəxsə 233,1 milyon manat həcmində güzəştli ipoteka krediti verilib.

Trend-in məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində deyib.

O bildirib ki, İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) vəsaiti hesabına verilən güzəştli ipoteka kreditlərinin bir hissəsi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus sosial mənzillərin alınmasına yönəldilib:

"Ümumilikdə, 2018-ci ildən etibarən 4802 şəxsə 233,1 milyon manat həcmində güzəştli ipoteka krediti, 83 şəxsə isə 3,6 milyon manat məbləğində adi ipoteka krediti verilib. MİDA-nın sərəncamıda olan mənzillərin 70%-dən çox hissəsinin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib".

Xəbər lenti

Xəbər lenti