...

Azərbaycan çempionatlarında oyunlar təyyarə qəzasına görə təxirə salınıb

İdman Materials 25 Dekabr 2024 20:02 (UTC +04:00)
Azərbaycan çempionatlarında oyunlar təyyarə qəzasına görə təxirə salınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) IX turun sabah keçirilməli olan "Şəki" - "Gəncə" və "Sumqayıt" - "Quba" oyunları matəm günü ilə bağlı təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə ABL-in məbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

"Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar taekvandods sabaha nəzərdə görüşlər dekabrın 27-də keçiriləcək", - Azərbaycan Taekvondo Federasiyasının məlumatında vurğulanıb.

Futzal Federasiyası isə məlumat yayıb ki, sabah futzal üzrə Azərbaycan Yüksək Liqasının VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl isə 1 dəqiqəlik sükut elan olunacaq.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti