Bakı. Trend:
İndiyədək vətəndaşlara 6426 kirayə mənzil təklif olunub.
Trend-in məlumatına görə, bunu İpoteka və Kredit Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov media nümayəndələri üçün təşkil olunan "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində deyib.
"Kirayə müqavilələrinin sayı isə 6222-dir. Faktiki olaraq sistem üzərində qalan, vətəndaşlara təklif olunan mənzillərin sayı isə 204 ədəddir.
Elektron qaydada müraciət edən vətəndaşların 51%-i dövlət sektorunda, 49%-i isə qeyri-dövlət sektorunda işləyənlərdir", - deyə o qeyd edib.