Bakı. Trend:
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə nəticələnən faciəvi təyyarə qəzası xəbərini dərin kədərlə qarşıladım. Bu qüssəli anlarda Bosniya və Herseqovina xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların ailələri və yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının kədərini bölüşürük. Bu faciə nəticəsində həyatını itirənlərin ruhu şad olsun, yaralananların tam sağalmasını diləyirik.
Sizə dərin ehtiramımızı və dəstəyimizi ifadə edirik".