Bakı. Trend:
23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu " Silk Vey Vest Aviaşirkəti" MMC-nin 20 milyon ABŞ dolları dəyərində istiqrazlarının hərracı uğurla baş tutmuşdur.
Nominal dəyəri 1000 ABŞ dolları olan Silk Vey Vest Aviaşirkətinin istiqrazlarının hərrac nəticələri aşağıdakı kimidir:
- İnvestor sayı: 2 nəfər hüquqi, 11 nəfər fiziki şəxs;
- Ümumi sifariş sayı: 13;
- PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin sayı: 12;
- PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin həcmi: 20 184 600 ABŞ dollar;
- Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin sayı: 1;
- Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin həcmi: 200 000 ABŞ dollar.
PAŞA Kapital vasitəsilə Silk Vey Vest Aviaşirkətinin tədavül müddəti 3 il olan istiqrazlarını əldə edən investorlar rüblük ödəniş əsasında illik 5.5%-dək gəlir qazanacaqlar.
İlin dollarda yüksək gəlirli son fürsəti kimi qiymətləndirilən bu istiqrazların hərracı zamanı nəticələrdən də göründüyü kimi fiziki şəxslərin xüsusi aktivliyi qeydə alınıb. Bu və öncəki istiqraz layihələri də yerli kapital bazarlarında fiziki şəxslərin investisiya imkanlarına marağının davamlı olaraq artdığını göstərir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.